Главная > Hadisə > Bakıda evdən 21 min dollar və qızıl oğurlanıb

Bakıda evdən 21 min dollar və qızıl oğurlanıb


6-01-2020, 18:41. Разместил: azadses
Bir nəfər tutulub, onunla birlikdə olmuş üç nəfər müəyyən edilib
Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs tutulub. 
Azadsəs-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılmış, onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib. 
Вернуться назад