Главная > Hadisə > Bakıda maşın oğrusu saxlanıldı

Bakıda maşın oğrusu saxlanıldı


27-10-2020, 12:32. Разместил: azadses
Bakıda maşın oğrusu saxlanılıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını deyib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад