Главная > Hadisə > Bakıda dava zamanı bir nəfər qətlə yetirilib, taksi sürücüsü bıçaqlanıb

Bakıda dava zamanı bir nəfər qətlə yetirilib, taksi sürücüsü bıçaqlanıb


5-01-2020, 01:50. Разместил: azadses
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Azadsəs APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonun Bəhlul Səttarzadə küçəsində baş verib.
1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub. 
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı A.Tağıyevin ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb. 
Hazırda faktla bağlı araşdırma aparılır.


Вернуться назад