Главная > Hadisə > Bakıda marketdən oğurluq edən şəxs saxlanıldı

Bakıda marketdən oğurluq edən şəxs saxlanıldı


22-10-2020, 13:25. Разместил: azadses
Oktyabrın 21-də saat 13:00 radələrində Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 20-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini M.Mirzəyev olduğu müəyyən edilib. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də həmin mağazadan 260 manat dəyərində ərzaq məhsulları və spirtli içki oğurlaması da müəyyən edilib.


Вернуться назад