Главная > Hadisə > Tovuz sakini həmyerlisini təpiklə vurub öldürdü

Tovuz sakini həmyerlisini təpiklə vurub öldürdü


21-10-2020, 15:58. Разместил: azadses

Tovuz rayon sakini Həsənov Aqil Ələkbər oğlunun “nazik bağırsağın zədələnməsi” diaqnozu ilə 18 oktyabr 2020-ci il tarixdə Tovuz rayon mərkəzi xəstəxanasına daxil olması, oktyabrın 20-də isə ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Tovuz rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib,digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin tanışı Hüseynov Bahadur Cəfər oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Həsənovun qarın nahiyəsinə təpiklə zərbə vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

 

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

 

Bahadur Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Вернуться назад