Главная > Hadisə > Sumqayıtda yanğın baş verib: Bir nəfər zəhərlənib

Sumqayıtda yanğın baş verib: Bir nəfər zəhərlənib


20-10-2020, 12:54. Разместил: azadses
Sumqayıtda qeydə alınan yanğın zamanı bir nəfər zəhərlənib. 
''Azad Səs'' xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunub. 
Belə ki, Sumqayıt şəhərində tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının fasadına quraşdırılan taxtadan ibarət konstruksiya 20 kvadrat metr sahədə və 1-ci mərtəbədə tikinti materialları 100 kvadrat metr sahədə yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
 Bina yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад