Главная > Hadisə > Gəncədə piyada qadını maşın vurub

Gəncədə piyada qadını maşın vurub


20-12-2019, 08:10. Разместил: azadses

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ortayaşlı qadını vurub. 
Xəsarət alan qadın sürücü tərəfindən xəstəxanaya aparılıb. Yaralı dərhal ranimasiya şöbəsinə yerləşdirilib. 
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Piyadanın kimliyi dəqiqləşdilir. 
Faktla bağlı araşdırma aparılır.

APA
Вернуться назад