Главная > Hadisə > SON DƏQİQƏ: Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb

SON DƏQİQƏ: Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb


21-09-2020, 16:57. Разместил: azadses
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
''Azad Səs'' Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.
İlkin məlumata görə 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.

Вернуться назад