Главная > Hadisə > Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib

Abşeronda avtomobil 9 yaşlı uşağı vuraraq xəsarət yetirib


19-09-2020, 08:00. Разместил: azadses
Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Azad Səs"in məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Əbdülrəhmanov Nemət Taleh oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona başın sol gicgah nahiyəsinin əzilmiş-sıyrılmış yarası, sol pəncənin əziyi diaqnozları qoyulub.Report

Вернуться назад