Главная > Hadisə > İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

İmişlidə “Qazel”lə minik avtomobili toqquşdu, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı


12-12-2019, 23:45. Разместил: azadses
İmişlidə 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Azadsəs-in məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “Qazel” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və minik avtomobilində olan-Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад