Главная > Hadisə > Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü


17-09-2020, 11:04. Разместил: azadses
Bakıda bədbəxt hadisə baş verib. 
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, hadisə sentyabrın 16-sı saat 22:10 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, avtomobil təmiri sexində 2002-ci il təvəllüdlü Rzayev İlyas Elsəvər oğlunu elektrik cərəyanı vurub.  
3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад