Главная > Hadisə > Bakıda yaşayış binasında yanğın oldu

Bakıda yaşayış binasında yanğın oldu


16-09-2020, 08:45. Разместил: azadses
Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад