Главная > Hadisə > Bakıda istehsalat obyektinə basqın olub

Bakıda istehsalat obyektinə basqın olub


10-12-2019, 15:46. Разместил: azadses
İşçinin 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qapı-pəncərə sexinə basqın olub.
İstiPress-in məlumatına görə, 3 naməlum şəxs sexdə işləyən Anar Hüseynovu zorla avtomobilə mindirərək onu Suraxanı rayonuna aparıblar. Naməlum kişilər orada onu döyərək 4 min manat pulunu və mobil telefonunu əlindən alıblar.
Hadisəni törədən şəxslər axtarılır.




Вернуться назад