Главная > Hadisə / Manset > Bakıda məşhur bazarda güclü yanğın başladı - FOTO, VİDEO

Bakıda məşhur bazarda güclü yanğın başladı - FOTO, VİDEO


10-12-2019, 09:59. Разместил: azadses
"Eurohome"da alovla mübarizəyə 3 helikopter də cəlb edildi
Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə  Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri  və 3 helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.SAAT 09:35
"EuroHome” tikinti materialları bazarında səhər saatlarında başlayan yanğın davam edir. FHN-dən verilən məlumata görə, çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.




SAAT 09:05
Bakı günə yanğınla başlayıb.  Yanğın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdansatış bazarında başlayıb. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Вернуться назад