Главная > Hadisə > Təhsil naziri intihara cəhd edən məktəbliyə baş çəkib - FOTO

Təhsil naziri intihara cəhd edən məktəbliyə baş çəkib - FOTO


10-09-2020, 16:28. Разместил: azadses
Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.
Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.


Вернуться назад