Главная > Hadisə > Azərbaycanda vəzifəli şəxsin oğlu qəza törətdi, ölən var
Azərbaycanda vəzifəli şəxsin oğlu qəza törətdi, ölən var6-09-2020, 09:22. Разместил: azadses |
Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Azerforum.com “Report”un məlumata görə bildirir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |