Главная > Hadisə > Bakıda 12 yaşlı velosiped sürən azyaşlını maşın vurub öldürdü

Bakıda 12 yaşlı velosiped sürən azyaşlını maşın vurub öldürdü


4-09-2020, 09:11. Разместил: azadses
Bakıda azyaşlını avtomobil vurub öldürüb.
Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində baş verib.
Bakı şəhər sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
E.Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад