Главная > Hadisə > Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti aşkarlanıb

Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti aşkarlanıb


8-12-2019, 16:37. Разместил: azadses

Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi112 m²olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları20 m²sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 



Вернуться назад