Главная > Hadisə > Yevlaxda maşın aşdı: Xəsarət alan var

Yevlaxda maşın aşdı: Xəsarət alan var


2-09-2020, 08:33. Разместил: azadses
Yevlaxda minik maşını aşıb.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Salahlı kəndi ilə Aran qəsəbəsi arasındakı dəmir yolu keçidi yaxınlığında baş verib.
İdarəetmədən çıxan “Mercedes” markalı minik maşını yol kənarına aşıb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Cavadov Seymur Vahid oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад