Главная > Hadisə > Maşınla velosipedçini vurub öldürdü - Fotolar

Maşınla velosipedçini vurub öldürdü - Fotolar


31-08-2020, 16:45. Разместил: azadses
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.
Rayonun Şahsevən kənd sakini, 2001-ci il təvəllüdlü Novruzov Ramil Adil oğlu velosiped ilə hərəkətdə olarkən Ağsu rayon sakini, 1958-ci il təvəllüdlü Behbudov Elbrus Mosu oğlunun idarə etdiyi 99-GD-880 dövlət qeydiyyat nömrə nişanlı “Fort-tranzit” markalı yük maşını ilə onu vurub.
Ağır xəsarətlər alan R.Novruzov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Вернуться назад