Главная > Hadisə > Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var


27-08-2020, 21:50. Разместил: azadses
Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Anar Mirzəməmməd oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o hadisə yerində bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад