Главная > Hadisə > Azərbaycanda DƏHŞƏT: çox sayda ölü və yaralı var

Azərbaycanda DƏHŞƏT: çox sayda ölü və yaralı var


27-08-2020, 13:53. Разместил: azadses
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
AZSABAH.COM-an Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,avqustun 26-da törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Вернуться назад