Главная > Hadisə > Lerikdə avtomobil dərəyə aşıb, ölən var

Lerikdə avtomobil dərəyə aşıb, ölən var


27-08-2020, 11:56. Разместил: azadses
Lerikdə ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, avqustun 26-ı saat 18 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Вернуться назад