Главная > Hadisə > Gümrükçülər külli miqdarda siqaretin dövriyyəsinin qarşısını alıb

Gümrükçülər külli miqdarda siqaretin dövriyyəsinin qarşısını alıb


27-08-2020, 10:27. Разместил: azadses
Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb.
Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3,4 min ədəd "Marlboro" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад