Главная > Hadisə > Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildi
Kəhrəbada həkk olunan sirr: "Göz qabağında gizlənən" qədim qarışqa növü kəşf edildiDünən, 16:32. Разместил: azadses |
Karib dənizi sahilində, kəhrəbada kamuflyaj qabiliyyəti ilə tanınan nadir "Basiceros" cinsinə aid qədim bir nümayəndə tapılıb. Oxu.Az bu barədə pravda.ru-ya istinadla xəbər verir. Bildirilir ki, "Basiceros enana" adı verilən bu növ müasir nəsillərindən demək olar ki, iki dəfə kiçikdir - cəmi 5.13 mm uzunluğundadır. "20 milyon il ərzində bu qarışqalar demək olar ki, iki dəfə böyüyüblər. Əvvəllər qarışqaların zamanla kiçildiyi düşünülürdü. İndi isə əks mənzərəni müşahidə edirik", - deyə kəşfin müəllifi, Nyu-Cersi Texnologiya İnstitutunun Barden laboratoriyasının doktorantı Jan-Pyer Fiorentino izah edib. Torpaqla örtülmüş qarışqa Bu qarışqalar Kosta-Rikadan Braziliyaya qədər uzanan tropik meşələrdə yaşayır və bədənlərindəki xüsusi tüklər sayəsində torpaq hissəcikləri ilə örtünərək "göz qabağında gizlənməyi" bacarırlar. Alimlər məhz bu unikal tükləri 3D vizuallaşdırma texnologiyası vasitəsilə daşlaşmış qarışqada müəyyən ediblər. Bu tüklər qarışqanın başını və ayaqlarını örtərək mükəmməl maskalanma yaradır. Bu kəşf bəzi növlərin niyə məhv olduğunu, digərlərinin isə mövcudluğunu davam etdirdiyini anlamağa kömək edən mozaikanın vacib bir hissəsinə çevrilir. "Bu yox olmaların səbəblərini anlamaq, müasir ekoloji fəlakətlərin qarşısını almaq üçün kritik dərəcədə vacibdir", - deyə Fiorentino vurğulayıb. Onun sözlərinə görə, bu gün bir zamanlar Dominikan Respublikasında yaşayan bütün qarışqa növlərinin üçdə birindən çoxu artıq yox olub. "Bu eksponat bəzi orqanizm qruplarının milyonlarla il ərzində necə sağ qala bildiyini anlamağımıza kömək edəcək daha böyük bir tapmacanın bir hissəsidir", - deyə tədqiqatın həmmüəllifi, professor Fil Barden qeyd edib. Вернуться назад |