Главная > Hadisə > Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Bu gün, 15:43. Разместил: azadses
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Heydər Əliyev adına Hava Limanının yaxınlığında qeydə alınıb.

Yaşar Gözəlov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Ağarahim Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Вернуться назад