Главная > Hadisə > Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönüb
Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönübDünən, 14:00. Разместил: azadses |
Gədəbəy rayonunda yanğın hadisəsi baş verib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Qızılqaya kəndində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Вернуться назад |