Главная > Hadisə > Bakıda ölümlə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol qəzası olub


Bu gün, 14:00. Разместил: azadses
Bakıda ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Ramin Həsənov idarə etdiyi "Kia Rio" markalı avtomobillə beton dirəyə çırpılıb. Daha sonra eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə toqquşub.

Nəticədə R.Həsənov hadisə yerində ölüb. E.Cəbrayılov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.


Вернуться назад