Главная > Hadisə > Lerikdə zəlzələ olub
Lerikdə zəlzələ olubDünən, 15:41. Разместил: azadses |
Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. ”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb. Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib. Вернуться назад |