Главная > Hadisə > Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Bu gün, 08:00. Разместил: azadses
Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад