Главная > Hadisə > Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb
Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb19-02-2025, 18:10. Разместил: azadses |
Füzulidə traktor minik avtomobili ilə toqquşub. "Report" xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub. Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır. Вернуться назад |