Главная > Hadisə > Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda saxlanılıb, ekstradisiya olunacaq
Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs Gürcüstanda saxlanılıb, ekstradisiya olunacaqBu gün, 11:19. Разместил: azadses |
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən və Gürcüstana qaçan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür. Вернуться назад |