Главная > Hadisə > Salyanda 56 yaşlı kişi bıçaqlandı

Salyanda 56 yaşlı kişi bıçaqlandı


24-08-2020, 22:37. Разместил: azadses
Bu gün axşam saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan şəhərinin A.Hüseynov küçəsində yerləşən çoxmənzilli binada yaşayan 1964-cü ildə anadan olmuş Abuzər Ramiz oğlu Kazımov qonşuluqda yaşayan 15 yaşlı oğlan tərəfindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən A.Kazımovun üzərində cərahiyyə əməliyyatı aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад