Главная > Hadisə > Borca görə axtarışda olan 19 nəfər saxlanıldı

Borca görə axtarışda olan 19 nəfər saxlanıldı


6-12-2019, 15:24. Разместил: azadses
bağlı qalmış 11 cinayətin açılması təmin olunub
Ötən gün törədilmiş altı cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Azadsəs xəbər verir ki IstiPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.




Вернуться назад