Главная > Hadisə > Gədəbəydə avtomobil 2 NƏFƏRİ VURDU

Gədəbəydə avtomobil 2 NƏFƏRİ VURDU


20-08-2020, 10:54. Разместил: azadses
Gədəbəydə 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun Slavyanka kənd ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2001-ci il təvəllüdlü Şabanova Nuranə Fikrət qızını və 2015-ci il təvəllüdlü Lalə Seymur qızı Şabanovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan piyadalar hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş və kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.\\Report


Вернуться назад