Главная > Hadisə > Bakıda usta 3-cü mərtəbədən yıxılıb

Bakıda usta 3-cü mərtəbədən yıxılıb


16-07-2024, 17:12. Разместил: azadses
Bakıda usta yeni tikilən binadan yıxılıb.

"Report" xəbər verir ki, Binəqədi rayonu Cəfər Xandan küçəsində tikilməkdə olan binada usta işləyən Şamil Umudov suvaq işləri ilə məşğul olarkən 3-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə Şamil Umudov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад