Главная > Hadisə > Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb

Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb


15-07-2024, 12:09. Разместил: azadses
Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад