Главная > Hadisə > Sumqayıtda müəssisədə 3 fəhlə qazdan zəhərlənib

Sumqayıtda müəssisədə 3 fəhlə qazdan zəhərlənib


9-07-2024, 13:56. Разместил: azadses
Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

"Report" un yerli bürosu məlumat verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri: - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад