Главная > Hadisə > Qəbələdə evdə yanğın: Xəsarət alan var

Qəbələdə evdə yanğın: Xəsarət alan var


19-08-2020, 08:21. Разместил: azadses
Qəbələ rayonunun Bum qəsəbəsində ümumi sahəsi 90 kvadrat metr olan birmərtəbəli evin çardağının və aynabəndinin yanar konstruksiyaları 21 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan iki otağın tavanı 79 kvadrat metr sahədə qarsalanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Вернуться назад