Главная > Hadisə > Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var

Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var


5-07-2024, 09:41. Разместил: azadses
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü İbrahimzadə Seyidəmir Xaliq oğlu və onun həmyaşıdı Nəcəfov Nadir Tahir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад