Главная > Hadisə > Bakıda avtomobil 61 yaşlı qadını vurub

Bakıda avtomobil 61 yaşlı qadını vurub


4-07-2024, 15:33. Разместил: azadses
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Rzayeva Mədinə Balaxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və müştərək travma diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад