Главная > Hadisə > Suraxanıda qadın sürücü qəzaya düşərək xəsarət alıb

Suraxanıda qadın sürücü qəzaya düşərək xəsarət alıb


10-06-2024, 11:19. Разместил: azadses
Bakının Suraxanı rayonunda qadın sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1986-cı il təvəllüdlü Mustafayeva Lalə Firudin qızının idarə etdiyi avtomobil qarşıdan gələn digər nəqliyyat vasitəsilə toqquşub.

Hadisə zamanı xəsarət alan L.Mustafayeva təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və bədənin əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад