Главная > Hadisə > Bakıda avtomobil 39 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 39 yaşlı qadını vuraraq ağır xəsarət yetirib


6-06-2024, 15:31. Разместил: azadses
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü İsmayılova Xəyalə Qurbanəli qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад