Главная > Hadisə > Hindarx qəsəbəsində bacısını öldürməkdə şübhəli bilinən qardaş saxlanılıb

Hindarx qəsəbəsində bacısını öldürməkdə şübhəli bilinən qardaş saxlanılıb


6-06-2024, 14:43. Разместил: azadses
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Вернуться назад