Главная > Hadisə > Bakıda avtomobil 57 yaşlı qadını vurub

Bakıda avtomobil 57 yaşlı qadını vurub


5-06-2024, 11:17. Разместил: azadses
Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Quliyeva Rəsmiyyə Novruz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад