Главная > Hadisə > Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var


19-04-2024, 16:23. Разместил: azadses
Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, Qalalı kəndində “Hyundai” markalı avtomobil “VAZ-21015”-lə toqquşub.

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 2002-ci il təvəllüdlü Həsənov Kərim Rövşən oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Əlisəfa Telman oğlu və 2001-ci il təvəllüdlü Mənəfov Nurlan Abdul oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад