Главная > Hadisə > Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb


24-02-2024, 09:35. Разместил: azadses
Bakının Sabunçu rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Cəfərov Cəmaləddin Seyfəddin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад