Главная > Hadisə > Sabunçuda gənc qız itkin düşüb

Sabunçuda gənc qız itkin düşüb


18-01-2024, 10:33. Разместил: azadses
Bakının Sabunçu rayonunda 17 yaşlı qız itkin düşüb.

“Report”un məlumatına görə, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yaşayan Gülnar Nəzərova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 2007-ci il təvəllüdlü Zahirə Nəzərova yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.


Вернуться назад