Главная > Hadisə > Ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürülüb

Ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürülüb


18-01-2024, 09:40. Разместил: azadses
Polis əməkdaşları ötən gün vətəndaşlardan 7 avtomat, 17 tüfəng götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin, yanvarın 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Вернуться назад