Главная > Hadisə > Cəlilabadda bir ailə qidadan zəhərlənib

Cəlilabadda bir ailə qidadan zəhərlənib


4-01-2024, 12:09. Разместил: azadses
Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад